Cəmiyyət 

Nazirlik rəsmisindən valideynlərə çağırış: “Uşaqları kökəltməyə çalışmayın”

“Kök uşaq sağlam uşaq demək deyil”.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə Nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, bəzən valideynlər kiçik yaşda uşaqların qidalanmasına diqqət etmədiklərindən yersiz kökəlmələr olur:

“Diabet olmayan ailələr qidalanmaya, lazımsız şirniyyata üstünlük verməməlidirlər. Çəki və boy normaldırsa, uşaqları kökəltməyə çalışmasınlar. Kök uşaq sağlam uşaq demək deyil”.

“Diabet olan ailələr isə xüsusilə qidalanmaya ciddi önəm verməlidirlər”, – deyə həkim əlavə edib.

Daha çox xəbərlər