Həsənovlar ailəsinə ağır itki üz verib.
Yaşar Həsənovun tək oğlu Fərid Həsənov qəflətən dünyasını dəyişib.
27 yaşlı Fərid artıq bir neçə gündür ki , haqq dünyasındadır. Fəridi tanıyanlar onun necə qayğıkeş,mərhəmətli, vətənpərvər olduğunu yaxşı bilirlər. Bu səbəblərdən də Fəridin ölümünü eşidənlər bu itkiyə çox üzülmüş oldular.Fəridin ölümünü eşidən yüzlərlə insan həmin gün son vəfa görüşünə toplaşmışdılar. Onlar Fəridin yardımsevərliyini xatırlayır, kasıb ailələrə həmişə baş çəkməsindən, həmin qayğıya möhtac adamlara necə həssaslıqla qayğı göstərməsindən danışırdılar. Fərid həmişə belə olmuşdu. Xeyirxahlığı özünün ən müqəddəs vəzifəsi hesab edirdi.
Fəridin dostları heç bu itkiylə barışa bilmirlər. Onlar Fəridin necə həyatsevər, şən olduğunu ağıllarına belə gətirə bilmirlər. Həmişə şən , şux zarafatlarla hamının qəlbini sevindirən adamın belə tez ölümə təslim olması Fəridlə vida görüşünə gələnləri ən çoxu yandırır.
Fərid Vətən müharibəsi şəhidi Turqut Zeynalovla bir sinifdə oxumuşdu. Turqutun şəhid olduğu o günlərdə Fərid də bir yerdə qərar tuta bilmir, müharibədən əziyyət çəkən köçkünlərimizə maddi yardımlar göstərməyə çalışır, ön cəbhədəki əsgərlərimizə sovqat hazırlayıb, çatdırmaq üçün əlindən gələni əsirgəmirdi. Şəhid Turqutun sinif yoldaşı Fərid də vətən üçün bacardığını etməyə çalışırdı. O günlərdən bu günə gələn Fərid də minlərlə qeyrətli, vətənpərvər oğlumuz kimi alnıaçıq, üzü ağ idi. O vətənin dəyərli oğlu kimi vəzifəsinin öhdəsindən layiqincə gəlmişdi.
Görüşə gələnlərin hamısı vaxtsız ölümü Fəridə heç yaraşdırmırlar.Fəridin həyatı tək onun ailəsini deyil , onu tanıyanların hamısını üzmüş oldu. Sonda hamının bacara bilmədiyi bir iş var. Fəridin çıxdığı gedər-gəlməz yoldan atasına , anasına, doğmalarına , ailəsinə qaytarmaqda təəssüflər ki, hamı acizdir.
Bircə, Allahın, uca yaradanın bildiyi bir iş var. Onun hikmətinə inanmaq, olanları mübahisələndirməyə isə əsla gücümüz çatmaz. Yəqinki, Fəridin yeri indi tanrının dərgahədər. Allahın cənnətidir. İnanırıq ki, Fərid indi Allahın cənnətindədi. Axı, onun əməlləri cənnətin meyvələrini dərməyə haqq verir. Dünyadan gedişi də cənnət mələklərinin qəfil qeybə çəkilməsinə bənzəmiş oldu.Onuda qeyd edək ki,Fərid evin tək oğlu idi və subay idi.Fərid ARANTV.AZ-ın əməkdaşı Nilufər Əliyevanın xalası oğludur ARANTV.AZ kolektivi adından Fəridə Allahdan rəhmət diləyirik .
Cənnətin mübarək, Fəridim.
Allah Yaşar əmiyə, ailəsinə səbr versin!
Allah Fəridə rəhmət eləsin!


