Onlara YAP üzvlük vəsiqələrinin həm müəyyən tədbirlərdə, həm də ərazi partiya təşkilatlarında təqdim edilməsi ənənəyə çevrilmişdir. “Heydər Əliyev ili” çərçivəsində Gənclər günü münasibətilə YAP Bərdə rayon təşkilatı ƏPT-lərində təşkilatın sədr müavini Elməddin Əsgərxanov və məsləhətçi Əlövsət Məmmədov tərəfindən Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim edilmişdir.
Yeni üzvləri təbrik edir, ürəkdən deyirik: -Sıralarımıza xoş gəlmisiniz! Bizimlə qoşa atacağınız addımlarınız sizə daim uğur gətirsin!






