Cəmiyyət 

Azərbaycan gəncləri sağlam və vətənpərvərlik ruhunda yetişir

Azərbaycanda XX əsrin sonlarına nəzər salsaq görərik ki, ölkəmiz əsrlər öncə olduğu kimi həmin dönəmdə də çətin tarixi sınaqlardan keçmişdir. Bildiyimiz kimi müstəqilliyin ilk illərində Azərbaycanda anarxiya və xaosun, hərc-mərcliyin baş alıb getdiyini, ölkə iqtisadiyyatının tənəzzülə uğradığını, Ermənistanın Azərbaycana hərbi təcavüzünün daha da şiddətləndiyi çox ağır bir vəziyyətdə o dövrkü hakimiyyətin gənclərlə məşğul olmağa nə vaxtı, nə həvəsi, nə də səriştəsi vardı. Azərbaycanda dövlət gənclər siyasəti yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladı. Gənclər siyasətinin önəmini dərk edən Ulu öndər belə çətin şəraitdə 1993-cü ilin sentyabrında – Ali Məclisin sədri işləyərkən gənclərin böyük bir qrupu ilə görüşdü, ətraflı müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Məhz həmin təkliflər əsasında 1994-cü ilin iyununda Azərbaycanda dövlət gənclər siyasətini həyata keçirməli olan Gənclər və İdman Nazirliyi yaradıldı. Artıq həmin vaxtdan 28 il keçib və bu nazirliyin gördüyü işlər Ulu Öndərin nə qədər uzaqgörən addım atdığını təsdiqləyir. Bir qədər sonra Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin birinci forumu keçirildi. Bu, müstəqilliyimizi əldə etdikdən sonra gənclərlə bağlı keçirilən ən böyük tədbir idi. Ulu Öndər həmin forumda geniş nitq söylədi. O, nitqində gənclər siyasətinin məqsəd və vəzifələrini, prioritetlərini dəqiqliklə açıb göstərmişdi. Həmin gündən sonra gənclərlə iş ən yüksək səviyyədə və konkret hədəfə yönəlməklə aparılmağa başlandı. Ulu öndərin 2 fevral 1997-ci il tarixli Sərəncamına əsasən “2 Fevral-Azərbaycan Gəncləri Günü” elan edildi ki, bu da gənclərə göstərilən qayğının növbəti bariz nümunəsi idi.

Bugün dahi Heydər Əliyev siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə Azərbaycan nailiyyətlərə imza atır. Dövlətimizin diqqət göstərdiyi sahələrdən biri məhz gənclərlə bağlıdır. Ölkəmizdə gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yüksək şərait və imkan yara¬dılmışdır. Azərbaycanda dövlət qeydiyyatından keçmiş 170-dən çox gənclər təşkilatı vardır, minlərlə gənc lider yetişmişdir. Bu gün respublikamızda 50dək Olimpiya İdman Kompleksinin fəaliyyət göstərir. Beynəlxalq idman yarışlarında qazanılan nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın “Rio 2016” XXXI Yay Olimpiya Oyunların¬da 18 medal qazanaraq 14-cü yerdə qərarlaşmışdır. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı 2015” birinci Avropa Oyunlarında 2-ci, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında 1-ci yeri tutması, inişil şahmatçılarımızın üçüncü dəfə Avro¬pa çempionu olmaları gənclərimizin son illərdə qazandıqları uğurların əyani göstəriciləridir. Könüllülük bir çox fəaliyyət sahələrinə də nüfuz edərək ümum¬milli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə yayılaraq, cəmiyyətin bütün təbəqələrini əhatə edir. Bu, artıq bir həyat tərzidir. ASAN, “Regional İnkişaf” İB, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları fəaliyyətdədir.Gənclər öz hədəflərinə uğurla addımlayır, müdrik siyasət ətrafında daha da sıx birləşirlər.

Azərbaycan gəncləri bu diqqət və qayğını əsla unutmur, öz işıqlı sabahını möhtərəm prezidentimiz cənab İlham Əliyevə bağlayır və gələcəyə doğru inamla, ilhamla irəliləyir! Əziz Azərbaycan gəncləri! Sizi bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə möhkəm cansağlığı arzulayıram!

Fizzə Kərimova,

YAP Yevlax rayon təşkilatının fəalı

Daha çox xəbərlər