Cəmiyyət 

2 FEVRAL “GƏNCLƏR GÜNÜ” DÜR

Gənc olmaq həyatını sadəcə yaşamaq deyil, gənc olmaq yaşayıb yaratmaqdır.

Bu gün bir çox gənclərimiz müəyyən sahələrdə əzmlə çalışırlar.Dövlətimiz günü-gündən inkişaf edir,təkminləşir.Bunun başında bilikli,bacarıqlı gəncliyimiz durur.Bizim bir xalq olaraq,inkişafetməyimiz,gələcək nəsillərə örnək olmağımız çox önəmlidir.Gənc nəslin inkişafında ,yetişməsində valideynlərin,müəllimlərin böyük rolu vardır.

Ulu Öndərimizin gənclərə göstərdiyi etimad bu gün öz təsdiqini tapmaqdadır.HeydərƏliyevin davamçısı,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevgənclərə,gəncliyə göstərdiyi qayğını hər zaman qərarlarında təsdiq etmişdir.

 “Arantv.az”xəbər verir ki,   2 fevral Azərbaycan“Gəncləri Günü”münasibəti ilə Siyəzən rayon Səbuhi Zeynalov adına Böyük Həmyəkənd tam orta məktəbində tədbir təşkil olunub.26 il öncə əsası gəncliyə daim diqqət və qayğıilə yanaşan Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu əlamətdar gün hər il təntələiləqeyd olunur.

Bu vəsilə ilə Siyəzən rayon Böyük Həmyəkənd tam orta məktəbində keçirilən “Gənclər Günü” münasibəti ilə möhtəşəm tədbir keçirildi.Tədbirin açılışını məktəbin təhsil işləri üzrə direktor müavini Səbinə Güləliyeva açaraq, müasir gənclər hərəkatının inkişafı üçün atılan addımlar,gənclərin mənəvi inkişafı ,vətən pərvərlik tərbiyəsi və bir çox sahələrdə gəncliyin inkişafına yaradılan şəraitdən söz açaraq Siyəzən Rayon Təhsil Sektorunun müdiri Aynur Dadaşovaya söz verdi. Aynur xanım ilk öncə Azərbaycan Respublikasının Ümummili Lideri Heydər Əliyev tərəfindən təməli qoyulan“Gənclər Günü” münasibəti ilə Azərbaycan gəncliyini və məktəbin gənclərini təbrik edərək. Respublikamızın Prezidenti Heydər Əliyevin davamçısı  İlham Əliyevin gənclərimizə göstərdiyi qayğıdan danışaraq məktəbin tələbə adını qazanan  məzunlar ilə səmimi söhbət apardı və Azərbaycan gənclərinə yeni-yeni uğurlar arzuladı.

Sonra söz məktəbin direktoru Mərhəmət Rzayevaya verildi.Mərhəmət Rzayeva çalışdığı müddətdə gənclərlə daim isti münasibət qurduğunu onların təlimində,tərbiyəsində düzgün həyata adaptasiya olmaları üçün məktəbdə aparılan yeni-yeni layihələrin məhz məktəbin məzunlarının tələbə adlarının qazanılmasında ölkəmizə öz töhfələrini yüksək səviyyədə aşılamaları üçün əlindən gələni edəcəyini bildirərərk çıxışının sonunda Azərbaycan gənclərinə yeni nailiyyətlər arzuladı.

Tədbirdə“”Aran Medya Group”un rəhbəri Şeyda xanım Əzizova da  iştirak edirdi. O çıxışında RTŞ-nə ,məktəb rəhbərliyinə,müəllim kollektivinə ,şagirdlərə minnətdarlığını bildirərək,tədbirə dəvət aldığı üçün xüsusi təşəkkürünü bildirdi .”Sağlam ruh,sağlam cəmiyyət ,sağlam gələcək”tezisi altında gəncliyimizə intelektli gələcəyin qarantları olduqlarını bildirərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə Dəstək olaraq  “AİLƏ-İCMA-MƏKTƏB” layihəsi çərçivəsində məktəbin X-XI  sinfin çalışqan şagirdlərinin başlatdığı “Öz  vaxtını Şəhid və Qazi övladlarına ianə et” sosial aksiyası çərçivəsində Siyəzən rayon Səbuhi Zeynalov adına tam orta məktəbdə göstərdiyi yüksək səviyyəli fəaliyyətlərinə görə bir neçə məktəblini xüsusi təşəkkürnamə ilə təltif etdi .

Sonda məktəbin şagirdləri gəncləri şeir və musiqi töhfələri ilə təbrik etdilər.

 

“Aran Media Group”

Şeyda Əzizqızı

              

Daha çox xəbərlər