Gündəm 

Azərbaycan Macarıstanla birgə layihələrin reallaşdırılmasını müzakirə edib – FOTO

Azərbaycan və Macarıstan investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimizin ikitərəfli münasibətlərinə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq, investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə etdik”, – M. Cabbarov qeyd edib.

 

Daha çox xəbərlər