HÜSEYİNVERDİ RƏHMƏTOV:”ƏBÜLFƏZLƏ QÜRUR DUYURAM”
Vətənin hər qarış torpağını sevin,qoruyun,çünki orda şəhidlərin ayaq izləri var.Şəhid-bu müqəddəs ad qarşısında bütün sözlər acizdir.Nə desək,nə etsək azdır.Vətənin daşı olmaq ,ona layiq olmaq Vətənə,şəhidə hörmətdən başlar.Şəhidi tanıtmaq,tanımaq buna misaldır.Yaşayırıq,yaradırıq…Sizlərin sayəsində, vətənimin igid oğulları!
Bayrağımızın al rəngi,sizin qanınızdır!
Vətəni Vətən edən ,sizin şücaətinizdir!
Gücümüz,sizin əyilməzliyinizdir!
Müstəqilliyimiz,sizin qüdrətinizdir!
Həsrət çəkdik illərlə ,siz son qoydunuz bu həsrətə.Alnımızdakı qara ləkəni sildiniz.
Ey vətən oğulları,məkanınız nurlara qərq olsun!
“Aran Media Group”un və “Şəhid ,qazi ailələrinə könüllü dərs keçən müəllim heyəti”nin rəhbərliyi ilə 04.02.2023 tarixində şəhidimiz Əbülfəz Rəhmətovun ailəsi ilə görüş təşkil edildi.Görüşdə şəhidin ailə üzvləri ,şəhod,qazi ailələri və müəllim heyəti iştirak etmişdir.
Tədbirdə ilk olaraq,şəhidlərimizin əziz xatirəsibir dəqiqəlik sükutla yad edildi,daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə öncə söz şəhidin qardaşı Gülağa Rəhmmətova verildi.Gülağa bəy şəhidimizin həyat və döyüş yolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Şəhidin atası Hüseyinverdi Rəhmətov deyirdi:”Əbülfəzə hər zaman sən də qardaşların kimi müəllim ol deyərdiçm,amma o müəllimlik peşəsini yox hərbiçi olmağı istədi.Əbülfəz mənim əvəzolunmaz oğlumdu.Onunla qürur duyuram.Tək arzusu vətəninə xidmət etmək idi”.
Daha sonra şəhidin qardaşı Saday Rəhmətov qardaşı haqqında sözlərinə davam etdi.
Saday Rəhmətov:”Əbülfəz çox qoçaq oğlan idi.Evdə yaşı az olmasına baxmazdı,hər zaman bir iş tapşırılsa ,o ən çətininə,ən qəlizinə can atardı.Çox fərqli idi”.
Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Ambu kəndində anadan olmuşdur.O, 2006-cı ildə Lerik rayonunun Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirərək həmin ildə də Heydər Əliyev adına Ali Hərbi məktəbinə qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi məktəbini bitirib leytenant hərbi rütbəsi almış və həmin ildən başlayaraq hərbi xidmətini davam etmişdir. Kapitan Əbülfəz Rəhmətov müxtəlif hərbi hissələrdə tağım komandiri vəzifəsindən başlamış tabor komandiri vəzifəsinə qədər yüksəlmiş və peşəkar, təcrübəli zabit kimi Azərbaycan Ordusunda xidmət etmişdir.
Hərbi xidmət müddətində kapitan Əbülfəz Rəhmətov Dördgünlük müharibədə iştirak etmişdir. Həmçinin, 2020-ci ilin Tovuz döyüşlərində general-mayor Polad Həşimov ilə bir sırada döyüşmüşdür
Azərbaycan Ordusunun kapitanı olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Əbülfəz Rəhmətovun nəşi 6 may 2021-ci ildə Cəbrayıl rayonunda tapılmışdır 7 may 2021-ci ildə Lerik rayonunda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əbülfəz Rəhmətov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əbülfəz Rəhmətov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı və “3-cü dərəcəli vətənə xidmətə görə Rəşadət” ordeni ilə təltif edilmişdir.

Layihə:”Aran Media Group”
Şeyda Əzizova
Moderator:
Quliyeva Nərmin

