İsrail Türkiyəyə başsağlığı verdi: “Qəlbimiz və dualarımız türk xalqının yanındadır” – FOTO
“Bu gün səhərə yaxın baş verən zəlzələdən sonra qəlbimiz və dualarımız türk xalqının yanındadır”.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə İsrailin Ankaradakı səfirliyinin Türkiyədə baş verən zəlzələnin yol açdığı dağıntılar və itkilərlə bağlı başsağlığında deyilir.
“Həlak olanların sevənlərinə və türk xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, – deyə diplomatik korpusun “Twitter” hesabındakı paylaşımında qeyd olunub.

