Hadisə 

Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri varmı?

“Bu gün Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri yoxdur”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, bu hadisənin seysmoloji tərəfdən ölkəmizə təsiri olmayıb:

“Zəlzələ qeydə alınan yer Azərbaycandan kifayət qədər uzaqdır”.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 76-ya çatıb. Hadisə zamanı 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində, 7 km dərinlikdə olub.

Təbii fəlakət nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.

Daha çox xəbərlər