Region Xəbərləri 

Cəmiyyəti aydınlığa aparan ziyalımız Ramin Əmrahov.

Təqdimatımız Bərdə Peşə Liseyinin müəllimi Ramin Əmrahov haqqındadır. O , Əmrahov ki Bərdə Peşə Liseyinin müəllim və tələbə kollektivində hamı tərəfindən sevilir. Kollektivin hörmətini qazanmış , etimadını doğrultmuş müəllimlərindəndir. İstədik ki, onu oxucularımızda tanısın.
Təqdimat.
Əmrahov Ramin Ziyafəddin oğlu 17 mart 1997-ci ildə Bərdə şəhərində anadan olmuşdur. 2003-cü ildə S.Behbudov adına şəhər 6 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirərək Azerbaycan Texnologiya Universitetinin “Yüngül Sənaye Mühəndisliyi və Logistika” fakültəsinin dizayn ixtisasına daxil olub. Tələbəlik illərində bir çox təlim və layihələrdə iştirak edib ,könüllü kimi fəaliyyət göstərmişdir. 2018-ci ildə “N” saylı hərbi hissədə xidmət göstərmiş və xidməti təşəkkürnamə ilə bitirmişdir. 2020- ci ildə MKT İK MMC-nin Bərdə filialında işləmişdir. 2021-ci ildən Peşə Təhsili üzrə Dövlət Agentliyinin Bərdə Peşə Liseyinə müəllimləri işə qəbul üçün keçirilən imtahanda yüksək bal toplayaraq ixtisas-fənn müəllimi kimi fəaliyyətə başlayıb.Hal-hazırda yüksək peşə təhsil səviyyəsi üzrə ixtisas fənn müəllimi ,STEAM üzrə mütəxəssisi kimi işləyir. O, Qrafik dizayn bacarıqlarını yüksək şəkildə mənimsəmişdir. R.Əmrahov ixtisası üzrə təlimçi kimi də fəalliyət göstərir.R. Əmrahov tələbələri üçün innovativ təlim metodlarından istifadə edərək dərslər təşkil edir , eləcə də onların şəxsi-karyera inkişafı üçün dəstək olur. Hal- hazırda Azərbaycan Texnologiya Universitetinin Dizayn və estetika ixtisası üzrə magistr təhsili alır. Bir çox elmi məqalə və layihələrin müəllifidir.
Ramin Əmrahovun tərcümeyi halından da göründüyü kimi O, yüksək hazırlıqlı mütəxəssis kimi yetişib. Onun bilik və bacarığından Peşə Təhsili Agentliyi layiqincə , səmərəli şəkildə istifadə edir. İndi yüzlərlə peşə təhsilinə yiyələnən gənc Ramin Əmrahovdan dərs alır. Gələcəyin peşəkarı kimi formalaşmaq yolunda əsl müəllimin biliklərindən faydalanmış olurlar.
Əsl ziyalı, əsl vətənpərvər Ramin Əmrahov ilə həmsöhbət olub, onu dinləmək olduqca xoş olur. Təpədən – dırnağa qədər vətənpərvər müəllim Ramin Əmrahov Azərbaycanın xilaskarı Heydər Əliyevə sonsuz məhəbbət bəsləyir. Ümummilli liderin Azərbaycan tarixindəki əvəzolunmaz rolunu yüksək qiymətləndirir. Azərbaycan tarixinin ən yeni dövründə möhtərəm prezidentimiz İlham Əliyevin gördüyü işləri analoqu olmayan inkişaf adlandırır. İlham Əliyevin rəhbərliyi sayəsində 44 günlük müharibənin qələbə ilə başa çatması, torpaqlarımızın işğaldan azad olunmasını möcüzə adlandırır. Bunun da bir səbəbi var ki, o da xalqın Prezident İlham Əliyevə inamının nəticəsidir- deyə Ramin Əmrahov düşünür.
Ramin Əmrahov sözün həqiqi mənasında dövlətçiliyə sadiq ziyalılarımızdandır. Belə ziyalılarımıza xalqımızın böyük ehtiyyacı var. Unutmaq olmaz ki, ziyalısı çox olan xalq xoşbəxtdir. Ziyalı sözünün mənası da heç şübhəsiz ki, işıqlı, aydın sözündən götürülüb. Ramin müəllim də əminliklə demək olar ki, cəmiyyəti aydınlığa aparan ziyalılarımızdandır. Sizə bu şərəfli yolda uğurlar Ramin müəllim!

ARANTV.AZ Nilufər Əliyeva

Daha çox xəbərlər