Cəmiyyət 

Əhməd İsmayılov: “Redaksiyalarda jurnalist fəaliyyəti olmayanlar da media reyestrində qeydiyyata alınacaqlar”

“Redaksiyalarda jurnalist kimi əmək fəaliyyəti olmayan media işçiləri də media reyestrində jurnalist kimi qeydiyyata alınacaqlar”.

“Report”un xəbərinə görə, bunu MEDİA Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Mətbuat Şurasının toplantısında deyib.

O bildirib ki, bununla bağlı MEDİA Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib, məsələ həllini tapıb:

“Bu hal “Media haqqında” Qanundakı problemdən yox, media qurumlarının redaksiyada vəzifələri düzgün qeyd etməməsindən irəli gəlir. Çünki həmin reaksiyalarda texniki şöbələr də var ki, oranın əməkdaşları jurnalist deyillər. Media reyestrində bu şəxslərin vəzifəsi şöbə müdiri kimi göstərilib. Həmin şöbə müdiri ipoteka krediti götürmək üçün hər hansı bir banka müraciət edəndə bank işçisi onun kim olduğunu bilmir və problem yaranır”.

“Biz bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət etdik. Nazir və onun komandası bizə yol göstərdilər və problemi aradan qaldırdıq. Artıq redaktorlar, şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaqlar”, – Ə.İsmayılov vurğulayıb.

Daha çox xəbərlər