Hadisə 

Həmkəndlisini öldürməyə cəhd edən şəxslə bağlı cinayət işi başlanılıb

Həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib

Bu barədə Oxu.Az-a Quba Rayon Prokurorluğundan məlumat verilib.

Fevralın 6-da saat 22 radələrində 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.

Daha çox xəbərlər