Hadisə 

Zabratda “Chevrolet” polis maşını ilə toqquşdu – VİDEO

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə yayılıb.

Hadisə rayonun Zabrat qəsəbəsində yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

Belə ki, “Chevrolet” markalı avtomobillə “Mercedes-Benz” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, hadisə ötən gün baş verib.

Daha çox xəbərlər