Hadisə 

Bakıda Pakistan vətəndaşını avtomobil vuraraq öldürüb – FOTO

Paytaxtın Yasamal rayonunda avtomobil qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, qəza Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.

Belə ki, yolu keçən Pakistan vətəndaşı, 1974-cü il təvəllüdlü Cahangir Xan Həzrəti Seyid oğlunu Orxan Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobil vurub.

Nəticədə piyada ölüb.

Sürücü O.Məmmədov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Daha çox xəbərlər