Gündəm 

Mikayıl Cabbarov Naxçıvandakı sahibkarlarla görüşdən danışdı – FOTO

“Naxçıvana səfərimiz çərçivəsində həmkarlarla birlikdə yerli sahibkarlarla görüşdük”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” profilində paylaşıb.

Bildirilib ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları məsələlər, biznes təmsilçilərinin fəaliyyəti ilə bağlı yaranan suallar, iqtisadi aktivliyin artırılması və yeni çağırışlar barədə müzakirələr aparılıb. Naxçıvanın iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmləri tətbiq ediləcək.

 

Daha çox xəbərlər