Siyasət 

Türkiyənin daxili işlər naziri Azərbaycana təşəkkür etdi

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.

O, bu barədə APA-nın Türkiyədə zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşının sualına cavabında deyib.

Nazir bildirib ki, Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycan qardaş Türkiyəyə yardım göstərib:

“Digər ölkələrdən də yardım üçün gələnlər var. Ancaq köməyə ilk gələn Azərbaycan oldu”.

Süleyman Soylu meşə yanğınları zamanı da Azərbaycanın göstərdiyi yardımın əhəmiyyətini vurğulayıb.

Daha çox xəbərlər