Hadisə 

Azərbaycanda 13 yaşlı oğlan intihar etdi

Ağstafa rayonunda intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Kənd sakini, 2010-cu il təvəllüdlü Elgün Pərviz oğlu Qocayev yaşadığı evin həyətində özünü asıb.

Yeniyetmənin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər