Dünya 

Türkiyəyə yardım kampaniyasında Pirlo da iştirak edib – FOTO

Türkiyənin “Fatih Karagümrük” klubunun baş məşqçisi Andrea Pirlo zəlzələdən zərər çəkən bölgələrə göndərilən yardım kampaniyasına qoşulub.

Türkiyəli jurnalistin sualına qısa cavab verən mütəxəssis söyləyib ki, göndərdiyi yardım böyük olmasa da, azından öz balaca töhfəsini verməyə çalışır.

Qeyd edək ki, Andrea Pirlonun çalışdırdığı “Fatih Karagümrük” İstanbul şəhərini təmsil edir. Klub hazırda Türkiyə Super Liqasında 26 xalla doqquzuncu pillədə qərarlaşıb.

 

Mənbə: Cnnturk

Daha çox xəbərlər