ETSN: Tibbi tullantılar digərlərindən ayrılaraq toplanmalıdır
Tibbi tullantılar digər tullantılardan ayrılaraq toplanmalıdır.
ARANTV.AZ xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.
Onun sözlərinə görə, tibbi tullantılar üçün xüsusi yerlər, daşınması üçün xüsusi maşınlar ayrılmalıdır: “Ətraf mühit və insan sağlamlığına zərər vermədən utilizasiya edilməlidir. Təəssüf ki, ölkəmizdə tibbi tullantıların idarə edilməsi ideal səviyyədə olmasa da, bu istiqamətdə işlər aparılır”.

