Dünya 

Diyarbəkirdə zəlzələdə uçan binalardakı çatışmazlıqlara görə 29 nəfər həbs edilib – YENİLƏNİB

Diyarbəkirdə zəlzələ nəticəsində dağılan binaların inşaatında qüsurlara yol verən, eləcə də sütunları dağıtmaqda şübhəli bilinən daha 29 nəfər polis tərəfindən saxlanılıb.

Bununla da tikinti qüsurlarına görə saxlanılanların sayı 37 nəfər olub.

16:10

Türkiyədə zəlzələ nəticəsində uçan binalarda aşkarlanan tikinti qüsurları ilə bağlı səkkiz nəfər barəsində qanuni tədbir görülüb.

Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində doqquz saatlıq fasilə ilə 7,7 və 7,6 maqnitudalı zəlzələlər baş verib. Ardınca yüzlərlə afterşokun qeydə alındığı yeraltı təkanlar Türkiyənin 10 vilayətini əhatə edib.

Son məlumatlara görə, Türkiyədə zəlzələ qurbanlarının sayı 21 min nəfəri ötüb.

Mənbə: Habertürk, TRT Haber

Daha çox xəbərlər