Türkiyənin Hatay hava limanı zəlzələdən sonra yenidən açılıb – FOTO
Türkiyənin Antakya şəhərindəki Hatay hava limanının zəlzələ nəticəsində uçuş-enmə zolağı zədələnmişdi. Təmirdən sonra hava limanı fəaliyyətini bərpa edib.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu “Twitter” hesabında məlumat verib.
“Biz Hatay hava limanında uçuş-enmə zolağının təmirini başa çatdırdıq, bu gün yenidən istifadəyə verilib”, – nazir yazıb.

