Hadisə 

Paytaxtda iki avtomobil toqquşub, xəsarət alan var – FOTO

Bakının Yasamal rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, qəza Zivərbəy Əhmədbəyov küçəsində baş verib.

Belə ki, Nüsrət Məmmədov idarəetməsində olan “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirərək maşını eyni istiqamətdə olan “Toyota”ya çırpıb.

Qəza nəticəsində “Mercedes”də olan sərnişin xəsarət alıb.

Fakt araşdırılır.

 

Daha çox xəbərlər