Cəmiyyət 

Selçuk Bayraktar Kahramanmaraşda Azərbaycan xilasedicilərinə təşəkkür edib – VİDEO

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Kahramanmaraşda Azərbaycan xilasedicilərinə təşəkkür edib.

“Report”un xəbərinə görə, o, Kahramanmaraşda axtarış-xilasetmə işlərində iştirak edən FHN-in xilasedicilərinə yaxınlaşıb.

“Dualarımız sizinlədir, Allah razı olsun! Zəlzələ bölgəsindən gəldim. Bütün millətimiz sizə dua edir”, – deyə Selçuk Bayraktar bildirib.

 

Daha çox xəbərlər