Bərdədə Şəhid Cahid Tağızadənin doğum günü qeyd edildi+Video
Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, gizir Cahid Tağızadənin doğum günü doğulduğu Bərdə rayonunda məzarı önündə qeyd olunub.
Bu gün Bərdə rayon Mirzəbəyli kəndindən Vətən müharibəsi şəhidi Tağızadə Cahid Vahid oğlunun 35 ci yaş günü qeyd edilib. Şəhidin doğum günündə rayon icra hakimiyyəti və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri Cahid Tağızadənin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin anm mərasimində
cıxış edənlər ordumuzun şanlı qələbəsindən söz açıb, şəhidimizin keçdiyi döyüş yolundan danışıb, göstərdiyi şücaət və qəhrəmanlıqları diqqətə çatdırıb. Şəhidlərimizin daima xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını vurğulayıb.
Cahid Tağızadə dövlət başçımızın sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif edilib.
Sinxron şəhidin atası Vahid Tağızadə
Qeyd edək ki, Cahid Tağızadə 3 oktyabrda döyüş yoldaşları ilə birlikdə Cəbrayılda xüsusi tapşırığı yerinə yetirərkən yaralanıb. Yaralı olmasına və döyüş yoldaşlarının təkidinə baxmayaraq, geri dönməyib. İrəli gedərək yaralı halda döyüşüb və qəhrəmancasına şəhid olub. Doğulduğu Mirzalıbəyli kəndində dəfn edilib. Şəhadətə qovuşmasından cəmi 1 gün sonra – 4 oktyabrda uğrunda şəhid olduğu Cəbrayıl rayonu düşmən işğalından azad olunub.
Cahid Tağızadənin yadigar Vətənə əmanət etdiyi Nərmin və Nihad adlı övladları qalıb.
ARANTV.AZ

