Cəmiyyət 

FHN xilasediciləri: “Kahramanmaraşda 2 nəfəri dağıntılar altından sağ çıxartdığımıza görə sevinirik” – FOTO

“Bu gün Kahramanmaraşda 2 nəfəri dağıntılar altından sağ çıxardığımıza görə çox sevinirik”.

Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deyiblər.

“Biz ilk gündən buradayıq. Səhər saatlarından axtarış-xilasetmə əməliyyatlarına başladıq. Məlumat var idi ki, dağıntılar altından səslər gəlir. Sonda həmin şəxsləri sağ-salamat çıxardıq. Çox xoşbəxtik”, – Azərbaycan xilasediciləri vurğulayıblar.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycan FHN-in bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından iki nəfəri sağ çıxarıblar.

 

Daha çox xəbərlər