Cəmiyyət 

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

ARANTV.AZ lent.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Qoşqar Kazımov Ucar rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Q.Kazımov bu təyinata qədər Biləsuvar rayon Polis Şöbəsində rəis müavini postunu tutub.

Daha çox xəbərlər