Moldovanın hava məkanı uçuşlara açıldı – YENİLƏNİB
Bir müddət bağlı saxlanıldıqdan sonra Moldova hava məkanını yenidən açıb.
Hələlik hava məkanının hansı səbəbdən bağlanıldığına dair rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Moldova Mülki Aviasiya İdarəsinin məlumatında qeyd olunurdu ki, ölkənin hava məkanının müvəqqəti bağlanılması mülki aviasiyanın və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olub.
17:19
Moldova təhlükəsizlik səbəbi ilə hava məkanını müvəqqəti bağlayıb.
Yerli KİV bu barədə “Air Moldova”ya istinadən xəbər verib.
“Hörmətli sərnişinlər, hazırda Moldova Respublikasının hava məkanı bağlıdır, biz uçuşların bərpasını gözləyirik”, – “Air Moldova”nın məlumatında qeyd olunur.
Sosial şəbəkələrdə yayılan məlumata görə isə qadağaya səbəb Moldovanın hava məkanına daxil olan Rusiyanın kəşfiyyat pilotsuz təyyarəsi olub.
Lakin Moldova tərəfi hələlik bunu rəsmi təsdiq etməyib.
Mənbə: RBC

