Yardım üçün göndərilən pencəyin cibindən çıxanlar qadını AĞLATDI – VİDEO
Türkiyədə baş verən dəhşətli zəlzələdə zərər çəkənlər üçün göndərilən pencəyin cibindən çıxanlar onu geyinən qadını kövrəldib.
ARANTV.AZ xəbər verir ki, pencəyin cibindən keks, vafli, 4 cüt corab və sancağın çıxdığını görən qadın göz yaşı axıdaraq “Bunu edən cəhənnəmə girərmi?” ifadəsini işlədib.
O, hələ də şirniyyatları qıyıb yeyə bilmədiyini bildirib.
“Digər cibimdən sancaq çıxdı. Necə də düşünüblər ki, geyim sökülsə, onunla bağlayıb yamasınlar. Necə gözəl insanlar var! Allah hamınızdan razı olsun”, – deyə qadın hisslərini ifadə edib.



