Gündəm 

İç üzü ifşa olunan molla rejimi ya bitəcək, ya da bitəcək!

Bu yaxınlarda insanları rəqsə görə onillik həbs cəzasına məhkum etdiyi bildirilən vəhşi İran rejimi etirazlar zamanı saxlanılanlara guya amnistiya elan etməyə hazırlaşır. Əslində, moll rejimi bununla maskalanmğa cəhd edir.

 

Bəs İran rejimi əslində nə ilə məşğuldur? Bu həftə SEPAH zəlzələdən zərər çəkmiş bəzi əraziləri yoxlamaq üçün ölkənin şimal-qərbinə gedərək özünü nümayiş etdirirdi. İran güc nümayiş etdirir və göstərmək istəyir ki, onu iqtisadi problemlər, zəlzələ və hətta İsfahana bir dron hücumu belə narahat etmir. O, tufana tab gətirdiyini və etirazları məğlub etdiyini göstərmək istəyir. Xatırladaq ki, bu, həmin İrandır ki, sentyabr ayında baş örtüyünü düzgün geyinməməkdə ittiham edərək kürd əsilli Cina Mahsa Aminini qətlə yetirmişdi. Milli azlığın nümayəndəsi olan kürd qurbanı rejimin “təbii” qurbanı idi və bu, azlıqların rejimlə qarşı-qarşıya qala bilməyəcəyini və ya geniş dəstək ala bilməyəcəyini göstərdi.

 

Rejim səhv addım atdı və Əmininin öldürülməsi aylarla böyük etirazlara səbəb oldu. Etirazlara məhəl qoymayan, hətta keçmiş etirazlar zamanı rejimi sakitləşdirməyə çalışan beynəlxalq ictimaiyyət də artıq qəzəblənib.

 

Qətldən təxminən yarım il keçib, molla rejimi xalqın ciddi narazılığı və müqaviməti ilə üzləşib. Etirazlar mola rejiminin iç üzünü ifşa etdi.

 

Bəs rejim nə edir? “İkili vətəndaşlara” amnistiya vermir, çünki o, etirazlara görə məsuliyyət daşıyanların guya “əcnəbilər” olduğu uydurmasını dövriyyədə saxlamaq niyyətindədir. Bundan əlavə, rejim kürdlərə və digər azlıqlara böhtan atmaqda davam edir.

 

“Fars News” və “Tasnim” kimi İranın molla rejiminin media ruporları öz internet səhifələrində amnistiya ilə bağlı süni, saxta müzakirələrə yer verib.

 

Parçala, hökmranlıq et!

 

Xəbərlərdə deyilir ki, guya həns edilənlər özləri əfv üçün müraciətlər edirlər. Bu təbliğat molla rejiminə olan qəzəbi, nifrəti yumşaltmaq üçün düşünülmüş oyundur. Rejim onu ​​da bilir ki, bu qədər güclü etiraz qarşısında duruş gətirə bilməyəcək. Ona görə amnistiya oyunu ilə 1980-ci illərdən bəri istifadə etdiyi bir növ “parçala, idarə et” üsulundan yararlanır.

 

Molla rejimi deyir ki, “xaricilərin xeyrinə casusluq edən”, “xarici kəşfiyyat xidmətləri” ilə əlaqə saxlayan və təhlükəsizlik qüvvələrinə zərər vuranları əfv etmir. Onları hansısa xarici planın bir hissəsi kimi göstərməyə çalışırlar. Mollakratiyanın məntiqi ilə yanaşsaq onda, İran əhalisinin böyük əksəriyyəti “xarici kəşfiyyat xidmətləri”nə işləyir. Çünki aylardır davam edən etirazlar ayri-ayrı qrupların deyil, fars-molla rejimindən bezən xalqın etirazıdır. Mollakratiya anlamalıdır ki, addım-addım sonuna yaxınlaşır.

Daha çox xəbərlər