Acqarına yeməyin, yoxsa..
Diyetoloq İqor Strokov hesab edir ki, acqarına banan yeməkdən çəkinmək lazımdır. Bu, xeyirdən çox zərər gətirə bilər.
ARANTV.AZ xəbər verir ki, bu barədə “Medic Forum” məlumat yayıb.
“Minerallar, vitaminlər və liflə dolu bananın sağlamlıq üçün danılmaz faydaları var. Lakin onu acqarına yemək turşu-qələvi balansını poza və daha çox problem yarada bilər”, – ekspert bildirib.
Onun sözlərinə görə, bananın tərkibində maqnezium və kalium var, lakin onları acqarına qəbul etmək turşu-qələvi balansını pozaraq orqanizmə zərər verə bilər ki, bu da qanın qələviliyini müvəqqəti artırır.

