Cəmiyyət 

Rasim Əliquliyev: “Biz internetin ideologiyasını bilmirdik”

“İnformasiya texnologiyasının dünyada aparıcı olmasını yüksək qiymətləndirirəm”.

ARANTV.AZ xəbər verir ki, bunu “Effektiv kommunikasiya” mövzusunda təlim-seminarda İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, internet 1991-ci ildə ilk dəfə bu binadan çıxış edib:

“Biz onun ideologiyasını bilmirdik. Cəmiyyətdə bütün sferada termin olaraq yox idi”.

Rasim Əliquliyev nazirliyin tabeliyinə verilən bəzi institutların loqosunun dəyişdirilməməsi və veb-saytların yenilənməməsinin səbəblərini açıqlayıb. O qeyd edib ki, institutlarla bağlı əsasnamə təsdiq ediləndən və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradıldıqdan sonra veb-saytların buna uyğunlaşdırılmasına baxıla bilər: “Bundan başqa məsələnin həlli üçün maliyyə vəsaiti də lazımdır”.

Qeyd edək ki, İnformasiya Texnologiyaları İnstitutunda baş tutan təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir.

Daha çox xəbərlər