Dünya 

260-cı saatda böyük möcüzə: 10 yaşlı oğlan dağıntılar altından xilas edildi – VİDEO

Türkiyədə 6 fevral zəlzələlərindən sonra axtarış-xilasetmə işləri davam etdirilir.

Növbəti möcüzə xəbəri Hataydan gəlib.

Belə ki, axtarış-xilasetmə qruplarının işi nəticəsində 10 yaşlı Osman 260 saatdan sonra dağıntılar altından sağ çıxarılıb.

Onun xəstəxanaya yerləşdirildiyi bildirilib.

Mənbə: Haber Global

Daha çox xəbərlər