Siyəzəndə mikroavtobus qəzaya uğradı: Ölən və xəsarət alanlar var
Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Beşdam kəndi ərazisində qeydə alınıb.
“Mercedes-Benz Vito” markalı mikroavtobusla “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində iki nəfər dünyasını dəyişib, yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

