Hadisə 

Yasamalda banka saxta dollar verən əcnəbilər tutulublar

Yasamalda banka saxta dollar verən əcnəbilər tutulublar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 16-da saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən bankların birinə 12 ədəd 50 dollarlıq saxta əsginas verən iki əcnəbi vətəndaş orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

Daha çox xəbərlər