“Heydər Əliyev -Müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” adlı tədbir keçirilmişdir.
16 fevral 2023-cü il tarixdə “Heydər Əliyev İli”ilə əlaqədar olaraq Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə rayon Heydər Əliyev Mərkəzi ,YAP Bərdə rayon Təşkilatının birgə hazırladığı “Heydər Əliyev -Müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” adlı tədbir keçirilmişdir.Tədbirdə Bərdə rayon ümumtəhsil müəssisələri,Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri,Bərdə Tarix Diyarşünaslıq Muzeyinin ,Bərdə Rayon Mədəniyyət Sarayının ,Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşları və səhiyyə işçiləri iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasovun təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin,44 günlük Vətən Müharibəsi şəhidlərinin və qardaş ölkə Türkiyədə baş vermiş zəlzələdə həlak olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Asif Abbasov qeyd etdi ki,müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Sonra Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova çıxış etdi.O bildirdi ki,Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim ucu tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993-cü ilin keşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Sonra Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov çıxış edərək bildirdi ki,bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir.
Sonra rayon Ağsaqqallar Şurasının sədr müavini Rzaqulu Şərifov bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqramtik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir.
Daha sonra YAP Bərdə rayon Təşkilatının məsləhətçisi Əlövsət Məmmədov çıxış etdi.O qeyd etdi ki, bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu önədimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.
ARANTV.AZ
Nilufər Əliyeva






