Azərbaycanda hamı izləmə rekordu qıran “Viktoriya”dan danışır – VİDEO
Azərbaycanlı aktyor, rejissor, videobloqer Əlixan Rəcəbov növbəti qısametrajlı filmiylə gündəmi ələ alıb.
ARANTV.AZ xəbər verir ki, o, şəxsi “İnstagram” səhifəsində yeni çəkdiyi “Viktoriya” filminin anonsunu edib.
Aktyor paylaşımına bu sözləri əlavə edib:
“”Viktoriya”. Bu ilin siftəsi. 2023 sizə gözəl bir serial və böyük bir film bəxş edəcək”.
İzləyicilər tərəfindən bəyənilən film bir neçə saata 310 mindən çox baxış toplayaraq trendə düşüb.
Sosial şəbəkə istifadəçiləri “Sonra deyirsiz, Azərbaycanda kino çəkə bilmirlər”, “Super alınıb”, “Nə qədər həyəcan keçirdim” kimi tərif dolu şərhlər yağdırıblar.
Həmin filmi təqdim edirik:

