Azərbaycanın parlaq gələcəyinə hesablanan uğurlu siyasət
Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizin enerji təhlükəsizliyinin bünövrəsi qoyulub. Ölkəmiz bütün sahələrlə yanaşı, enerji sahəsində də uğurlu imzalar atır və tarixi qələbəmiz yeni geostrateji reallıq yaradır. Beləliklə fevral ayının 13-də Azərbaycan mötəbər və mühüm olan beynəlxalq tədbirə “Gülüstan” sarayında ev sahibliyi etdi. Tədbirdə “Azərenerji” ilə birgə İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri də iştirak etdilər. Bu əməkdaşlıq İtaliya ilə Azərbaycan arasında güclü əlaqələrin olmasının bariz nümunəsidir.
Artıq Mingəçevir şəhərinin Azərbaycanın və bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır və ölkəmizin bərpa olunan enerji sahəsində böyük potensialı vardır. Hətta qitə dövlətlərinin enerji təchizatında ölkəmizin rolu əvəzedilməzdir.Bu baxımdan,Azərbaycan qitə dövlətləri üçün bütün sahələrdə etibarlı tərəfdaş kimi dəyərləndirilir. 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının reallaşması böyük əhəmiyyətə malikdir. Ölkəmiz hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılası və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Təbii qazla çalışan İstilik Elektrik Stansiyasının inşası təbii qaza daha çox qənaətlə elektrik enerjisi istehsal ederek ixrac etməyə və təbii qazdan daha çox gəlir əldə etmeyə imkan verir. Yeni iş yerləri yaranacaq və beləliklə , Azərbaycan öz imkanlarından tam istifadə ederək həm daxili təlabatı ödəyəcək həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.
Apropada enerji böhranın yaşanması qitənin Azərbaycan qazına ehtiyacını daha da artırıb. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa olunub və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Təxminən 1300 meqavat gücündə inşa ediləcək stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Mingəçevir enerji baxımından ölkəmizin üçün daim strateji əhəmiyyət daşıyıb və buna görə regionda ən qabaqcıl yerdəyik.
Hətta işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərində elektroenergetika sahəsinin daha geniş vüsət alması da bu sahəyə olan diqqətin bariz nümunəsidir. Azərbaycan malik olduğu faydalı qazıntılardan olduqca düzgün formada istifadə edir və nəhəng ixracata çevrilir.
Məmləkət Qaraçobanova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı


