Cəmiyyət 

Nigar Sarıyeva:”Nohəl son danışığında deyirdi ki,şəhid olsam,Şuşadan su gətirib məzarımı sulayarsınız…”

Xoş gün Allahı yada salansan,

Nəfsinə güc gəlib zəfər çalansan.

Döyüş meydanında namaz qılansan,

Eşq dərsyasına batan kişisən.

 

Allah insana bir çox mənəvi dəyərlər bəxş etmişdir.Dürüstlük,doğruluq,əliaçıqlıq və s. ,lakin bunların başında Vətən sevgisi durur.Bayrağımızın al rəngi Vətəni Vətən edən oğulların qanıdır.

 

Bu gün biz bir xalq olaraq,bir sıra təşkilatlar və s. Şəhidlərimiz üçün tədbirlər,mərasimlər edir.Əsas məqsədimiz ,amalımız isə birdir.Şəhidlərimizi tanıtmaq!Şəhidini tanımayan bir insan özünü tanımır sayılır,əgər biz bu gün yaşayırıqsa,çalışırıqsa,Allahın verdiyi ömrü öz yurdumuzda,evimizdə keçirə biliriksə,şəhidlərimizə,Vətən oğullarımıza borcluyuq.

Vətənə dəyər göstərməyin yaşı,günü,vədəsi yoxdur.Vətən sevgisi döyünən ürəydi,dövr edən qanımızdır,canımızdır…

 Tarix boyu çəkdiyimiz çətinlikləri,ağrılı-acılı günləri unutmadıq,unutdurmayacayıq!

O hadisələr bizə birliyimizi,şücaətimizi,igidliyimizi ,ədalətimizi göstərdi.Tarixdən bu günümüzə vuruşduq,savaşdıq ,savaşmağa da davam edirik.Torpağımızın bir ovucun belə yad düşmənin əsarətində saxlamayacayıq.O qara torpaq bizim qeyrətimizdir,ləyaqətimizdir.Şəhidlərimizin qanı yerdə qalmayacaq!

ARANTV.AZ ın verdiyi məlumata görə “Aran Medya Group” un və “Şəhid ,qazi ailələrinin övladlarına könüllü dərs keçən müəllim heyəti” nin dəstəyi ilə ,15.02 2023 tarixində şəhidimiz Nohəl Əliyevin anım gününə həsr olunmuş görüş baş tutdu.Görüşdə şəhidimizin atası Əlqəmə Əliyev ,yoldaşı Nigar Sarıyeva ,şəhid və qazi ailələri,məktəblilər,şəhid ,qazi ailələrinə dərs keçən müəllim heyəti iştirak etmişdilər.

Tədbirdə ilk olaraq,şəhidlərimizin və qardaş ölkə Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən qardaşlarımızın  əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi,daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirin açıq elan edilməsi ilə söz ilk olaraq,şəhidimizin atası Əlqəmə  Əliyevə verildi.

ƏlqəməƏliyev deyirdi:”Nohəl ailəsinə bağlı,igid oğul idi.Namazında-niyazında olmuşdur hər zaman.Arzusu hər zaman hərbiçi olmaq idi.2006-cı ildə məktəbini bitirib, hərbi xidmətə getmiş,2008-ci ildə də hərbi xidmətini başa vurmuşdu.2013-cq ildə hərbidə işləmək qərarına gəlir.Xidməti dövründə bir sıra fəxri fərmanlarla da təltif olunmuşdur.Nohəl çox ürəyitəmiz ,qeyrətli oğul idi”.

Daha sonra şəhidimizin yoldaşı Nigar xanım sö verildi.

Nigar Sarıyeva:”Nohəl anlayışlı həyat yoldaşı idi.Böyüklə böyük ,kiçiklə kiçik olurdu.Ailəcanlı idi.Ondan bizə 2 yadigarı qaldı.Nohəl üçün nə desəm azdır” -deyə çıxışını yekunlaşdırdı.

Tədbirin ikinci yarısında məktəblilər şeirlərini səsləndirdilər.Məktəblilərin çıxışı kövrək hallara səbəb oldu.

Həmçinin tədbirdə şəhid,qazi ailərinin övladlarına  könüllü dərs keçən müəllimlər də çıxış etdərək ,şəhid,qazi ailələrinin hər zaman yanında olacaqlarını xüsusi vurğuladılar.

Tədbiron sonunda şəhidlərimizin və qardaş  Türkiyədə həlak olmuş insanların xatirəsi Fatiha surəsi oxundu.

Nohəl Əliyev 1989-cu il avqustun 13-də Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olmuşdur.

Azərbaycan Ordusunun kiçik giziri olan Nohəl Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Nohəl Əliyev oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olmuş,oktuabrın 3-ü dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nohəl Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nohəl Əliyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nohəl Əliyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nohəl Əliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Allah rəhmət etsin!

 

Layihə rəhbəri:

Şeyda Əzizova

Moderator:

Nərmin Quliyeva

Daha çox xəbərlər