Azərbaycan Prezidentinin Münxendə telekanallara müsahibəsi Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də yerli televiziya kanallarına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
ARANTV.AZ xəbər verir ki, gaxa.ge, interpressnews.ge, “24news.ge”, “dalgatv.ge”, “newsday.ge”, “aktual.ge” informasiya portalları, 1tv.ge, rustavi.2 televiziya kanalları Azərbaycan Prezidentinin çıxışından materiallar yayıblar.
Azərbaycan, rus və gürcü dillərində AZƏRTAC-a istinadla yayılan xəbərlərdə dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasındakı çıxışından, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı gözləntilər, Cənubi Qafqazın üç dövləti arasında “Tbilisi formatı”nda sülh platformasının yaradılması və digər məsələlər barədə fikirləri əksini tapıb.









