Region Xəbərləri Təhsil 

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

20 fevral 2023-cü il tarixində Şorəlli kənd tam orta məktəbdə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dili – milli varlığımızdır”adlı tədbir keçirilib.
Beynəlxalq Ana Dili Günü — (BMT dillərində: ing. International Mother Language Dayisp. Día Internacional de la Lengua Maternaing. la Journée internationale de la langue maternelle) — UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Bu onun mənəvi borcudur. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. [1]

Daha çox xəbərlər