Gənclər Təşkilatları üzrə 5-ci təşkilatımızı birgə tanıyaq….
“Davam” Gənclər Hərəkatı İctimai Birliyi
Azərbaycan gəncliyinin siması olan 8 təşəbbüskar gənc 44 günlük Vətən müharibəsi günlərində bir araya gələrək “Davam” Ümumrespublika Gənclər Hərəkatı adlı qurumun təməlini qoydular və 2 noyabr 2020-ci il tarixində bu qurum ictimaiyyətə təqdim edildi. 21 noyabr tarixində “Davam” dövlət qeydiyyatına alındı. 19 fevral tarixindən etibarən isə hərəkatın mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı.
Hal-hazırda 10000-dən çox gənci öz ətrafında birləşdirən “Davam”ın yaradılmasında əsas məqsəd gənclər arasında həmrəyliyə nail olmaq, onları suveren Azərbaycanın dövlətçilik maraqları ətrafında səfərbər etmək, ölkə gəncliyini islahatlar prosesi ətrafında birləşdirmək, kadr bankı olaraq onların peşəkar vərdişlərinin artırılmasına nail olmaq, Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliğində aktiv iştirak etmək, müasir trendlərin və psixoloji elementlərin sürətlə dəyişdiyi hazırkı şəraitdə ölkə gəncliyinin dövlətçilik maraqlarından çıxış edərək sosial mediada aktiv rol almasını təmin etməkdir.
Birliyin sədri Nihad Allahyarlıdır. Nihad Allahyarlı ictimai fəaliyyətə Azərbaycan Dövlət İqtisad Universiteti THİK-in sədr müavini olaraq başlayıb. 2013-2014-cü illərdə “İRƏLİ” İctimai Birliyinin təlim və karyera mərkəzinin rəhbəri, 2015-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti İnnovativ Biznes İnkubatorun layihələr və kommunikasiya departamentinin rəhbəri kimi çalışıb. 2013-cü il Azərbaycan Respublikasında Prezident seçkilərində Cənab İlham Əliyevin seçki platformasına dəstək məqsədi ilə həyata keçirilən “10il” kampaniyasının rəhbəri, “Mənim Prezidentim” layihəsinin koordinatoru olub. O, 2016-2018-ci illərdə mərkəzi ofisi Almaniyanın Berlin şəhərində yerləşən YPİDA Beynəlxalq Qeyri-Hökumət Təşkilatının İdarə Heyətinin üvzü olub. Bu günə qədər 57 lokal, 11 beynəlxalq layihəyə rəhbərlik edib.
QHT Agentliyi olaraq Birliyin gələcək fəaliyyətinə uğurlar diləyirik!

