Bakıdan İsmayıllıya gedib intihar etdi
İsmayıllıda Bakı sakini intihar edib.
Lent.az xəbər verir ki, hadisə rayonun Tircan kəndində qeydə alınıb.
Bakı sakini, 1980-ci il təvəllüdlü Mirələsgər Nizam oğlu Qasımov İsmayıllıda yaşayan qaynı Adil Sabir oğlu Quliyevin evində qonaq olub.
Mirələsgər Qasımov evdə heç kimin olmamasından istifadə edərək özünü elektrik dirəyindən asaraq öldürüb.

