Füzulidə magistralının ətrafında güclü yanğın olub+Fotalar
ARANTV.AZ xəbər verir ki,bu gün günorta saatlarında saat Bəhrəmtəpə Füzuli magistral avtomobil yolunun Füzuli Böyük Bəhmənli kəndi ərazisində güclü yanğın baş verib. Böyük bir ərazini əhatə edən yanğın quru otlaq sahələrini, kol-kos və qamış sahəsini əhatə edib. Yanğının miqyası böyük olduğundan ətraflı tüstü duman bürüyüb. Yanğın sürücülər üçün qorxulu vəziyyət yaratsa da avtomobillərin hərəkətinə çətinlik olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.


