Siyasət 

Britaniyalı nazir Azərbaycanda minatəmizləmə üzrə ekspertlər ilə görüşüb – FOTO

“Minalarla mübarizə Azərbaycanla əməkdaşlığımızın çox vacib hissəsidir”.

ARANTV.AZ xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycana səfəri çərçivəsində minatəmizləmə üzrə ekspertlər ilə görüşüb:

“Minalarla mübarizənin əhəmiyyəti və bu sahədə Böyük Britaniyanın Azərbaycana dəstəyini müzakirə etdik”.

 

Daha çox xəbərlər