Dünya 

Braziliyada təbii fəlakət qurbanlarının sayı artdı: Əhaliyə xəbərdarlıq edildi

Braziliyanın San-Paulu əyalətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 46-ya çatıb.

Əyalət rəsmilərinin açıqlamalarına görə, leysan nəticəsində vəziyyət daha da ağırlaşıb.

Təbii fəlakətdə indiyədək 46 nəfərin həyatını itirdiyi, 40 nəfərin isə itkin düşdüyü qeyd olunur. Axtarış-xilasetmə işləri fasiləsiz davam edir.

Xəstəxanalarda müalicəsi davam etdirilən şəxslərdən yeddisinin vəziyyəti ağırdır.

Leysan xarakterli yağışların davam edəcəyi bildirilir və vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Mənbə: Haber Global

Daha çox xəbərlər