Dünya 

Sel 48 can aldı

Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 48-ə çatıb.

ARANTV.AZ xəbər verir ki, San-Paulu əyalətinin səlahiyyətlilərinin verdiyi açıqlamada, fevralın 18-dən bəri davam edən daşqınlarda ölənlərin sayının artdığı bildirilib.

Əyalət Mülki Müdafiə Koordinatoru Hengeel Ricardo Pereira verdiyi açıqlamada fəlakət bölgəsindən təxminən 3 min insanın təxliyə edildiyini, davam edən şiddətli yağışlar səbəbindən işlərin çətinləşdiyini bildirib.

Bölgəyə humanitar yardımın hərbi helikopterlə çatdırıldığı deyilir.

Daha çox xəbərlər