İnsanlığa qarşı törədilən cinayət
44 günluk müharibədə igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.
Şəhid qanı… Bu adi bir kəlmə, sıradan bir söz deyil. Bu faciələri gözü ilə görən, bu dəhşətləri yaşayan hər birimiz bu müqəddəs sözün, ifadələrin altında nə yaşandığının fərqindədir.
Dəfələrlə işğala məruz qalan Vətən torpağı yaşamayıb? Atalardan bir misal var: “Qonşun pisdir, köç qurtar”. Lakin bunu böyük tarixi olan, geniş sərhədləri olan bir Azərbaycan torpağına aid etmək olmaz. Baxmayaraq ki, çox cılız xüsusiyyətlərə malik olan, mənfur qonşularla bir sərhəddə yaşayırıq. İllər uzunu, dəfələrlə öz çirkin niyyətlərini həyata keçirən mənfur qonşular xalqımızın rahat yaşayışını pozmuş, torpaqlarını zəbt etmiş, körpəsinə, qızına-gəlininə, qocasına-cavanına baxmadan soydaşlarımızın həyatına son qoymuşdurlar. Tporpaqlarımızı viran etmiş, təbii sərvətlərimizi öz atalarının malı kimi xərcləyib, özlərinə haqq qazandırmışlar. Hələ azmış kimi səslərini dünyaya yayaraq, dünyanın bir çox yerlərində erməni daşnaqlarının sayəsində özlərinə haqq qazandırmağa çalışmışlar.
Bu gün artıq səsini dünyaya yayan, haqqlarını tələb edən bir xalq kimi biz də onlardan fərqli olaraq öz haqq və hüquqlarımızı müdafiə edə bilirik…
Edə bilirik! Bəli! Bu gün 30 illik bir dəhşətə son qoyuldu. Bu 44 günlük müharibədə öz canlı sübutunu göstırdi. Müzəffər ordumuz və onun önündə dayanan Ali Baş Komandan İlham Əliyevin tarixdə qoyduğu iz heç zaman danılmaz və unudulmazdır. O, təkcə dünənin, bugünün intiqamını deyil, bütöv bir xalqın önünə əyilən başını dik tutması üçün hər vasitə ilə xalqının arxxasında durdu. Lazım gəlsə, əlinə silah alacaq, döyüşəcək, səngərə girib öz qəhrəmanlarına nümunə olmağı öyrədəcək bu Vətənin övladlarına.
Mən bu gün fəxrlə bu sözləri yaza bilirəm. Yaza bilirəm ona görə ki, bu Vətənin müdafiəsinə qalxan oğulların, igidlərin biri də mənim ailəmdə dünyaya gəlib və bu Vətənin müdafiəsində hər birimizin zərrə qədər də olsa qatqımız varsa, nə xoş bizlərə.
Bu vətən bölünməz, bu xalq məhv olmaz, başə önə əyilməz. Çünki, bu dövlətin qədim kökləri, qüdrətli ordusu və önündə qeyrətlə külung vuran Ali Baş Komandan var.
Aygün Cəfərova,
204 nömrəli tam orta məktəbin müəllimi,
YAP “General Şıxlinski küçəsi 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

