Daşkəsənə güclü qar yağıb, avtomobil yollarında çətinlik yaranıb
Azərbaycanın qərb bölgəsinin dağlıq rayonlarına güclü qar yağıb.
“Report”un Qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarından yağan qar səhərə qədər davam edib.
Nəticədə avtomobil yollarında gediş-gəliş çətinləşib, bəzi yerlərdə hərəkət məhdudlaşıb. Problemin həlli məqsədilə yollara duz qarışıq qum səpilir.
Daşkəsəndə qarın hündürlüyü 35-40 sm-ə çatıb.
Gədəbəy, Göygöl və Şəmkirin ucqar kəndlərinə də qar yağıb. Bu rayonların da bəzi avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

