Sürücülük vəsiqəsi olmayanlar qəza törətdilər: Ölən var – YENİLƏNİB + VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi Sabirabad rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə açıqlama verib.
Qurumdan Oxu.Az-a bildirilib ki, ötən gün 20:55 radələrində Sabirabad rayonu ərazisindən 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib:
“Belə ki, “Lada Priora” markalı, 50-EK-578 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn VAZ-2107 markalı, 10-EE-719 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşub.
Hadisə nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü Tamerlan Zamanov dünyasını dəyişib.
Aparılan araşdırmalar zamanı hər iki avtomobilin sürücüsünün nəqliyyat vasitəsini idarəetmə hüququnun olmadığı məlum olub”.
11:00
Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Şəhərin Heydər Əliyev prospektində “Lada Priora” və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə bir nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Hər iki şəxsin sürücülük vəsiqəsi olmayıb.
Faktla bağlı araşdırma aparılır.

