Novruzda rayonlara gedəcək şəxslərə SEVİNDİRİCİ XƏBƏR – 4-5 ulduzlu oteldə 75-85 AZN
Novruz bayramı ilə əlaqədar tur paketləri satışa çıxarılıb. Turizm şirkətləri ölkə daxilində müxtəlif istirahət mərkəzlərinə əyləncəli proqramlar daxil fərqli səyahət paketi təklif edirlər.
BAKU.WS xəbər verir ki, ənənəvi turizm istiqamətləri ilə yanaşı müxtəlif yeni bölgələrdə günlük və ya uzun müddətli turlar təşkil olunur.
Turizm eksperti Əziz Şiriyev aztv-yə bildirib ki, insanların ölkə daxiilinə marağı xarici ölkələrə getməkdən daha çoxdur:
“Qış turizmində əsasən Qusar, Şahdağ və ya Qəbələ, Tufandağa istiqamətinə, Novruz bayramından başlayaraq yaya doğru isə cənub istiqamətinə daha çox turlar baş tutur. Eyni zamanda Gəncə, Tovuz və Gədəbəy istiqamətinə də turlar olur.
Hazırda 149-200 manat arasında dəyişən bir gecəlik iki günlük turlar təklif edilir. Həmçinin 4-5 ulduzlu otellərdə 75-85 manata təklif oluann turlar da mövcuddur”.

